Kvadrat susturucular
Kondisioner və havalandırma sistemlərində meydana gələn səsin önlənməsi üçün istifadə olunur. Susturucunun gövdəsi uzunluğundan asılı olaraq, 0.6 mm ilə 1.5 mm arası sinklənmiş sacdan emal olunur. Susturucuda istifadə olunan kulis enlikləri 100 mm və 200 mm olub, iç dolğu materialı bir tərəfi şüşə liftlə örtülmüş, 50 kq/m3 sıxlığa malik daş yunudur. İstifadə olunan daşyunu DIN4102 standartının A2 sinfinə uyğun olaraq odadavamlıdır.
