Periodik baxış 

Məkanlarınızın komfortu üçün qurdurduğunuz isitmə, soyutma və havalandırma sistemlərinin davamlılığı, uzun ömürlü olması və enerji sərfiyyatının artmaması üçün periodik baxışdan keçirilməsi mütləqdir. Biz Aeroclima şirkəti olaraq, öz professional texniki servis komandamızla müştərilərimizə sistemlərin etibarlı və düzgün çalışması üçün peşəkar periodik baxış xidmətləri təklif edirik. Periodik baxış fəaliyyətlərimizi xüsusi proqramlarımızla təqib etdiyimiz üçün hər hansı bir sistem, ya da cihazın ömrü boyunca icra olunan işçilik, detal dəyişimi, ölçü və testlər kimi fərqli məlumatlarını izləyə bilirik. Nəticədə, sistem, ya da cihazla əlaqədar müştərilərimizə gələcəyə doğru daha dəqiq plan hazırlaya bilirik.

Başlıca xidmət sahələrimiz:

  • İsti su hazırlama mərkəzləri – qazanxanalar, kombilər
  • Soyuq su hazırlama qurğuları – çiller sistemləri
  • Su təzyiqləndirmə qurğuları – nasoslar, hidroforlar
  • Soyutma sistemləri – kondisionerlər, VRF sistemləri
  • Filtrləmə sistemləri – su yumşaltma cihazları, su təmizləmə qurğuları, hava təmizləmə qurğuları

Servis

Aeroclima şirkəti uzun illərin təcrübəsi və professional komandası ilə HVAC sistemlərinin servisi sahəsində Azərbaycanda lider mövqedədir. Şirkət ideallarına və vizyonuna uyğun olaraq, daim servis ustalarımızın texniki mövzularda özlərini inkişaf etdirməsi üçün imkanlar yaradırıq. 

Aşağıdakı servis fəaliyyətlərini həyata keçiririk:

Kombi təmiri

İsitmə qazanlarının kimyəvi yuyucularla təmizlənməsi və təmiri

Qaz və dizel yanacaqlı odluqların təmiri

Nasosların və hidroforların təmiri

Kondisioner sistemlərinin təmiri

Kompressorların dəyişdirilməsi və təmiri

Freon qaz dəyişimi

Hər növ elektronik kartların təmiri

Çiller qurğularının təmiri

Havalandırma motorlarının təmiri

Avtomatika sistemlərinin təmiri

Soyuq hava deposu qurğularının təmiri

Su yumşaltma cihazlarının təmiri

Elektrostatik filtrlərin təmiri


Ölçmə və kontrol 


HVAC sistemlərinin layihə dəyərlərinin təmin olunması, minimum enerji sərfiyyatı ilə istənilən performans şərtlərinin əldə edilməsi üçün havalandırma və su sistemlərində test, ölçmə və nizamlama işləri yerinə yetirilməlidir. Aeroclima təcrübəli kadrları, kalibrasiyalı ölçmə cihazları və etibarlı üsullarla NEBB, BSRIA, CIBSE və ISKAV standartlarına uyğun test, ölçmə və nizamlama xidmətləri təklif edir.

Xidmətlərimiz

Havalandırma sistemləri üzrə

Hava debisi və sürətinin ölçülməsi

Təzyiq itkisi ölçmələri

Mənfəz və damperlərin nizamlanması

İstilik və nəm miqdarının ölçülməsi

Kanal sızdırmazlıq testi

HEPA filtrlərdə sızdırmazlıq testi

Havalandırma cihazlarının elektrik dəyərlərinin ölçülməsi

Testlər üzrə hesabat və sənədlərin tərtib olunması


İsitmə-soyutma sistemləri üzrə

Su debisi ölçümü

Təzyiq itkisi ölçümü

Temperatur ölçümü

Ventillərin nizamlanması

İsitmə və soyutma cihazlarının elektrik dəyərlərinin ölçülməsi

Testlər üzrə hesabat və sənədlərin tərtib olunması


Ehtiyat hissələrinin təmini 

Aeroclima HVAC sistemlərinizə professional xidmət göstərmək üçün dünyanın bir sıra ehtiyat hissə istehsalçıları ilə əməkdaşlıq edir. Missiyamız ehtiyacınız olan detalları sizə ən qısa zamanda təmin edə bilməkdir. Bu məqsədlə 1000-dən çox detalı stok tutmaqla bərabər, 10000-dən çox detalı 48 saat ərzində təmin etmək üçün çalışırıq.
Aeroclima olaraq geniş çeşidli ehtiyat hissələrimizlə HVAC sistemlərinizin davamlı və problemsiz işləməsinə zəmanət veririk. Şirkətimizin zəmanətilə sizə lazım olan hər bir detalı bizdən əldə edə bilərsiniz.
  • Kompressorlar
  • Fan motorları
  • Filtrlər
  • Valflar və İdarəetmə sistemləri
  • Elektronik kartlar
  • Soyutma sistemi hissələri (kondenser, eşanjor və s.)