Haqqımızda

Aeroclima mexaniki təchizat sektorunda müştərilərə doğru və keyfiyyətli həllər təqdim etmək məqsədilə qurulmuşdur. Fəaliyyətə başladığımız gündən etibarən mükəmməlliyi hədəfləyən yanaşmamız ilə müştərilərimizin məmnuniyyətini qazandıq. Yüzlərlə uğurlu layihə tamamladıq və bu müddətdə geniş müştəri bazası qurduq. Aeroclima müştərilərinə daha yaxşı xidmət göstərmək üçün sektorun yeniliklərini yaxından izləyir, sərgilərdə iştirak edir və dünyanın ən yaxşı istehsalçı şirkətləri ilə tərəfdaşlıq edir. Ən başlıcası, biz bir mühəndislik şirkətiyik. Layihələndirmə mərhələsində büdcə təhlili edərək və müştərilərimizin xüsusi ehtiyaclarını diqqətə alaraq ən uyğun təkliflər irəli sürürük. Keyfiyyətə nəzarət proseslərimiz hər mərhələdə ən yüksək standartları təmin etməyimizə kömək etsə də, düzgün montajla işlərimizin etibarlılığını artırırıq. Eyni zamanda işlərin verilən proqrama uyğun, zamanında tamamlanması diqqət göstərdiyimiz məqamlardandır. Montaj sonrası istifadə təlimatlarımız və servis xidmətlərimizlə müştərilərimizin sistemlərini uzunmüddətli və səmərəli şəkildə istifadə etmələrinə köməkçi oluruq.
Müasir texnologiyalardan effektiv bir şəkildə istifadə edərək, müştərilərimizə ən üstün xidməti təqdim etmək üçün qərarlıyıq. Biz Aeroclima şirkəti olaraq, hər layihədə üstünlüyü və müştəri məmnuniyyətini yüksək bir prioritet kimi qəbul edirik.
.png)
Keyfiyyətli məhsullar
Dünyaca məşhur brendlərin məhsullarının layihələrimizdə tətbiqi

Peşəkar heyət
Layihələrimizdə illərlə təcrübəli mütəxəssislərimizin iştirakı

İri həcmli layihələr
Azərbaycan seqmentində tanınmış iri layihələrdə iştirak
.png)
Texniki dəstək
Peşəkar heyətimiz layihələrinizə 24/7 texniki dəstək göstərir