Periodik baxış
Məkanlarınızın komfortu üçün qurdurduğunuz isitmə, soyutma və havalandırma sistemlərinin davamlılığı, uzun ömürlü olması və enerji sərfiyyatının artmaması üçün periodik baxışdan keçirilməsi mütləqdir. Biz Aeroclima şirkəti olaraq, öz professional texniki servis komandamızla müştərilərimizə sistemlərin etibarlı və düzgün çalışması üçün peşəkar periodik baxış xidmətləri təklif edirik. Periodik baxış fəaliyyətlərimizi xüsusi proqramlarımızla təqib etdiyimiz üçün hər hansı bir sistem, ya da cihazın ömrü boyunca icra olunan işçilik, detal dəyişimi, ölçü və testlər kimi fərqli məlumatlarını izləyə bilirik. Nəticədə, sistem, ya da cihazla əlaqədar müştərilərimizə gələcəyə doğru daha dəqiq plan hazırlaya bilirik.
Başlıca xidmət sahələrimiz:
- İsti su hazırlama mərkəzləri – qazanxanalar, kombilər
- Soyuq su hazırlama qurğuları – çiller sistemləri
- Su təzyiqləndirmə qurğuları – nasoslar, hidroforlar
- Soyutma sistemləri – kondisionerlər, VRF sistemləri
- Filtrləmə sistemləri – su yumşaltma cihazları, su təmizləmə qurğuları, hava təmizləmə qurğuları
Ölçmə və kontrol
HVAC sistemlərinin layihə dəyərlərinin təmin olunması, minimum enerji sərfiyyatı ilə istənilən performans şərtlərinin əldə edilməsi üçün havalandırma və su sistemlərində test, ölçmə və nizamlama işləri yerinə yetirilməlidir. Aeroclima təcrübəli kadrları, kalibrasiyalı ölçmə cihazları və etibarlı üsullarla NEBB, BSRIA, CIBSE və ISKAV standartlarına uyğun test, ölçmə və nizamlama xidmətləri təklif edir.
Xidmətlərimiz
Havalandırma sistemləri üzrə
Hava debisi və sürətinin ölçülməsi
Təzyiq itkisi ölçmələri
Mənfəz və damperlərin nizamlanması
İstilik və nəm miqdarının ölçülməsi
Kanal sızdırmazlıq testi
HEPA filtrlərdə sızdırmazlıq testi
Havalandırma cihazlarının elektrik dəyərlərinin ölçülməsi
Testlər üzrə hesabat və sənədlərin tərtib olunması
İsitmə-soyutma sistemləri üzrə
Su debisi ölçümü
Təzyiq itkisi ölçümü
Temperatur ölçümü
Ventillərin nizamlanması
İsitmə və soyutma cihazlarının elektrik dəyərlərinin ölçülməsi
Testlər üzrə hesabat və sənədlərin tərtib olunması