Kaset tip

Kaset tip VRF daxili bloklar 4-yönə üfləməli, dairəvi atışlı, 2-yönə üfləməli və tək yönə üfləməli olaraq kateqoriyalara ayrılır. 4-yönə üfləməli kasetlər panel ölçüsünə görə kompakt (600x600 mm) və 900x900 mm panelli olaraq iki tipdir. Bu cihazların istənilən tavan növündə quraşdırılmasını asanlaşdırır. Bu cihazlarda avtomatik rejim, 4 istiqamətli hava üfürmə, 7 fan səviyyəsi və güclü sirkulyasiyanı təmin edən hava paylanması mövcuddur. DC İnverter motorun pilləsiz sürət tənzimləməsi sayəsində cihazın səs səviyyəsi azalır. Naqilli uzaqdan idarəetmə ilə daxili blok avtomatik səssiz rejimdə idarə oluna bilər.
Dairəvi atışlı kaset tip kondisionerlər də panel ölçüsünə görə kompakt (600x600 mm) və 900x900 mm panelli olaraq iki tip olur. Bu cihazlarla 360hava üfləmə dizaynı sayəsində daha balanslı temperatur paylanması və daha yüksək komfort əldə olunur. 4 hərəkətli qanadı bir-birindən asılı olmayaraq idarə oluna bilər və 626-ya qədər hava üfləmə bucağı kombinasiyası edilə bilər. Bu, insanların üzərinə birbaşa hava üfürməsinin qarşısını alır.
İki yönə üfləməli kaset tip iç aqreqatlar estetik və zərif ön paneli ilə iç məkan dizaynı ilə uyğunlaşır. İki tərəfli üfləmə sayəsində üfləmə məsafəsi uzanır və dar uzun məkanlarda hava paylanması problemi aradan qalxır.
Tək yönə üfləməli kasetlər 185 mm ultra nazik dizaynı sayəsində hətta aşağı hündürlükdə asma tavanlara da quraşdırıla bilər. Ön panel qapağı filtrlərin təmizlənməsi üçün asanlıqla çıxarıla bilir.
Bütün cihazlar drenaj nasosuna malikdir.


Добавить комментарий

Оставить комментарий

reload, if the code cannot be seen