Kanal tip

VRF Kanal tipli iç aqreqatlar aşağı, orta və yüksək statik təzyiqli olaraq üç kateqoriyaya ayrılır. Aşağı statik təzyiqli cihazlar quraşdırma sahəsinin məhdud olduğu və səs səviyyəsinin minimum olması tələb olunan məkanlar üçün uyğundur. Bu cihazlar daha çox otel otaqlarında, villaların və mənzillərin yataq otaqlarında, kiçik iş otaqlarında qarşısına uzun kanallar quraşdırılmamaq şərtilə, əsasən də alın üfləməsi şəklində quraşdırılır. 1.8 kw ilə 7.1 kw arası güc aralığına sahibdir. Cihaz yüksəkliyi 200 mm-dir. Orta və yüksək statik təzyiqli cihazlarda isə cihaz xarici statik təzyiq modelindən asılı olaraq, 80-200 Pa aralığında dəyişir. Bu cihazlar uzun üfləmə məsafəsi ehtiyac olan məkanlar üçün uyğundur. 2.2 kw ilə 28 kw arasında geniş soyutma gücü aralığına sahibdir. Bütün cihazlar drenaj nasosuna malikdir.

Добавить комментарий

Оставить комментарий

reload, if the code cannot be seen