Kaset tipli fancoil
Kaset tipli fancoil dekorativ görünüşə sahib, hər növ asma tavan içinə asanlıqla montaj oluna bilən su ilə isitmə və soyutma edən iqlimləndirmə cihazlarıdır. 2-borulu və 4-borulu versiyaları mövcuddur. İki borulu fancoillərdə ancaq soyutma və ya ancaq isitmə mümkün olduğu halda, dörd borulu fancoillərdə eyni zamanda həm isitmə həm də soyutma etmək mümkündür. Bu da bütün fəsillərdə məkanların daha komfortlu tutulmasına şərait yaradır. Aeroclima şirkəti, Avropa, Türkiyə və Çin markaları ilə əməkdaşlıq edərək müştərilərə istənilən keyfiyyətdə və istənilən büdcəyə uyğun fancoil cihazlarının təmin olunmasında köməklik edir.
