Buxar qazanları
Mimsan marka alov duman borulu skoç tipli buxar qazanları yüksək enerji məhsuldarlığı ilə istehsal müəssisələrinin buxar ehtiyacının qarşılanması və buxarlı mərkəzi isitmə sistemləri üçün mükəmməl seçimdir. Bu qabaqcıl texnologiyalı qazanlar yüksək performansı, uzun ömrü və etibarlılığı ilə istifadəçilərin böyük rəğbətini qazanmışdır. Mimsan qazanları Avropa standartlarına uyğun texnologiya ilə istehsal olunur.
Əsas xüsusiyyətləri
- 500 kq/h - 10000 kg/h arası buxar istehsal gücü
- 4-22 bar arası işləmə təzyiqi
- Maye və qaz yanacaqlı
- Balanslı su-buxar həcmi nisbətilə ani buxar çəkişlərinə uyğun dizayn
- Aşağı yanma kamerası yükü (<1,3MW/m3)
- 91%-ə qədər məhsuldarlıq, ekonomizer tətbiqlərində 95%-ə qədər səmərəlilik
- Qazan üzərində gəzinti platformasının tətbiqi sayəsində asan quraşdırma və servis imkanı
- Qazan gövdəsinin yüksək sıxlıqlı izolyasiya materialı ilə örtülməsi sayəsində itkilərin azaldılması
- Son texnologiya ilə istehsal
- Beynəlxalq standartlara uyğunluq

