ES100 Buxarlı Nəmləndirici
ES 100 seriyası buxarlı nəmləndiricilər hər mühitdə mükəmməl buxar istehsalı üçün dizayn olunmuşdur. Ən təkmilləşmiş texnologiya və yüksək məhsuldarlığa sahib bu nəmləndiricilər, istifadəçinin tələbinə uyğun optimallaşdırıla bilən elektronik nəzarət sistemlərinə malikdir. Bu nəmləndiricilər paslanmaz metal ön açıla bilən panel sayəsində estetik bir dizayna sahibdir. Ön panelin yerindən asan sökülə bilməsi, silindirin sürətli və rahat bir şəkildə servis olunmasına imkan yaradır. Nəticədə istifadəçilər uzun ömürlü və problemsiz bir performans əldə edirlər. Üstün performans və uzun ömürlü istifadə üçün ES 100 seriyalı buxarlı nəmləndiricilər sizin üçün ən mükəmməl seçimdir.
Ümumi xüsusiyyətlər
• Elektrodlu buxarlı nəmləndiricilər
• 96 kg/h buxar istehsal gücünə malik 3 fazlı model
• 3 cihaza qədər master/slave nəmləndirmə idarəetməsi ilə cəmi 288 kq/saat məhsuldarlıq
• Paslanmaz metal panel, polipropilen gövdə
• Asan açılan və dəyişdirilən silindr, sinklənmiş metal elektrod, əhəng filtri, maksimum səviyyə sensoru və elektrik bağlantısı
• Su təchizatı üçün solenoid klapan
• Davamlı və etibarlı drenaj nasosu
• Aşağı keçiricilik səviyyəsinə malik su üçün xüsusi silindr seçimi (minimum keçiricilik həddi 125 µs/sm)
• Fan qurğusu üçün əlavə enerji təchizatı
• Kanal və otaq tipli rütubət sensorları ilə nəzarət imkanı
• RS485 bağlantısı ilə Modbus platforması vasitəsilə bina idarəetmə sistemi ilə əlaqə