Dairəvi susturucular
Kondisioner və havalandırma sistemlərində meydana gələn səsin önlənməsi üçün istifadə olunur. Dairəvi susturucunun xarici səthi sinklənmiş metaldan, daxili səthi Ø5 mm məsaməli perfore təbəqədən, iki səth arasında istifadə olunan dolğu materialı DIN4102 standartının A2 sinfinə uyğun odadavamlı daşyunundan hazırlanır. Susturucunun daxili divar qalınlığı 100 mm-dir.
