Akustik panjurlar
Üfləmə və sorma kanallarının uclarında havalandırma motorlarından, klima santrallarından ötürülən səsi azaltmaq və yaxud daxili və xarici mühit arasındakı səs nəqlini azaltmaq məqsədilə istifadə olunur. Məhsulun gövdəsi və qanadları sinklənmiş metal lövhədən emal edilir. Tələbdən asılı olaraq alüminium və ya paslanmaz metaldan hazırlana bilər. Qanadlar 45° bucaq altında və müəyyən aralıqlarla çərçivəyə quraşdırılmışdır. Həmçinin qanadlar ikiqat divarlı olub, daxili divar aşınmaya davamlı Ø5 mm məsaməli perfora sacdan, xarici divar sinklənmiş sacdan emal edilmiş və iki divar arasında 50 mm qalınlığında 50 kq/m3 sıxlıqda akustik izolyasiya yerləşdirilmişdir. Akustik panjurlar eyni zamanda havalandırma sistemini yağışdan, quşdan və digər xarici mühitinin zərərli təsirlərindən qoruyur. Elektrostatik toz boyalıdır.
