Hava panjurları
Havalandırma sistemlərində üfləmə və sorma kanallarının xarici mühitə çıxan hissələrində montaj olunur və sistemi yağış, qar, yarpaq və digər xarici mühit təsirlərindən qorumaq funksiyasını yerinə yetirir. Məhsul alüminium profildən emal edilir və elektrostatik toz boyalıdır. Standart rənglər RAL9010 və RAL9016 olub, tələbə uyğun olaraq digər bütün RAL koduna uyğun rənglərdə də təmin oluna bilər.
