Silindr filtr
Silindr filtrlər qaz turbinləri, kompressorlar, dərman və qida sənayesi, inşaat sektoru, yapışqan tozların toplanması, qaynaq prosesləri, elektrik santralları və bir sıra sənaye proseslərində geniş istifadə olunur. Geniş filtrləmə sahəsi, kiçik servis maliyyəti bu filtrlərin əsas xüsusiyyətlərindəndir. Hava sızdırmazlığını təmin etmək üçün kauçuk və yaxud poliüretan köpük conta istifadə edilmişdir. Yüksək keyfiyyətli filtr materialından istehsal olunmuşdur və uzunömürlüdür.
