Gel dolğu contalı tavan tipli HEPA filtr
Ən kiçik ölçüyə sahib kirlədicilərin istənilən effektivlikdə filtrlənməsi üçün istifadə olunan filtrlər EPA, HEPA və ULPA olaraq adlandırılan filtr sinifinə aiddir. Qaba və incə filtrlər tərəfindən tutula bilməyən bu kiçik ölçülü kirlədicilər (virus, bakteriya, dərman tozları və s.) əsasən dərman, qida, tibb, mikroelektronika, biotexnologiya kimi fərqli sənaye sahələrində üfləmə və egzos havasının yüksək həcmdə kirlədicilərdən təmizlənməsində istifadə olunur. Gel dolğu contalı hepa filtrlər təmiz otaq və laminar axın cihazlarında son mərhələ filtri, xəstəxanalar, dərman fabrikləri, qida sənayesi kimi gigyenik mühit tələb olunan yerlərdə geniş istifadə olunur. Əsas xüsusiyyətləri yüksək sızdırmazlığa sahib olması, hava sürətinin optimal paylanmasıdır.
Texniki xüsusiyyətləri
Filtr sinfi: H13,H14
Material: Yüksək keyfiyyətli şüşə lif
Çərçivə Tipi; Alüminium
Təzyiq itkisi: 55-125 Pa
Ən yüksək işləmə temperaturu: 80ºC
