Yüksək tutumlu HEPA filtr düz pilləli
Ən kiçik ölçüyə sahib kirlədicilərin istənilən effektivlikdə filtrlənməsi üçün istifadə olunan filtrlər EPA, HEPA və ULPA olaraq adlandırılan filtr sinifinə aiddir. Qaba və incə filtrlər tərəfindən tutula bilməyən bu kiçik ölçülü kirlədicilər (virus, bakteriya, dərman tozları və s.) əsasən dərman, qida, tibb, mikroelektronika, biotexnologiya kimi fərqli sənaye sahələrində üfləmə və egzos havasının yüksək həcmdə kirlədicilərdən təmizlənməsində istifadə olunur. Yüksək tutumlu düz pilləli hepa filtrlər gigiyenik havalandırma cihazlarında (AHU-larda) son mərhələ filtri, əməliyyatxanaların laminar tavan cihazlarında və dərman fabrikləri kimi gigyenik mühit tələb olunan yerlərdə geniş istifadə olunur.
Texniki xüsusiyyətləri
Filtr sinfi: E10,E11,E12,H13,H14,U15
Material: Yüksək keyfiyyətli şüşə lif
Çərçivə Tipi; Sinklənmiş və ya paslanmaz metal, Alüminium, MDF
Təzyiq itkisi: 240-270 Pa
Ən yüksək işləmə temperaturu: 80ºC