Ideal komfort diffuzoru
Tavan yüksəkliyi 4-15 metr arasında olan süpermarketlər, fabriklər, teatrlar, kinoteatrlar, konfrans zalları, idman zalları, qapalı üzmə hovuzları və sərgi salonları kimi geniş məkanlarda isitmə soyutma havasının dağıdılması məqsədilə istifadə olunur. Bir hava giriş boğazı, iç və çöl diffuzor səthləri olan ideal komfort diffuzorlarında diffuzorun yan və alt səthlərində hava üfləmə açıqlıqları mövcuddur. Bu açıqlıqları mərkəzdə dairəvi olaraq hərəkət etdirilə bilən mexanizma sayəsində nizamlamaq mümkündür. Bu mexanizm sayəsində yayda yan dəliklərin açılması ilə soyuq hava tavana paralel olaraq üflənməkdə, qışda isə bu yan dəliklərin qapadılıb alt dəliklərin açılması ilə isti hava döşəməyə dik bir şəkildə effektiv və sürətli üflənməktədir. Qanadların nizamlanması əl ilə və ya servomotorla həyata keçirilir. Məhsulun gövdəsi və qanadları 1 mm DKP sacdan emal edilir. Elektrostatik toz boyalıdır. Standart rənglər RAL9010 və RAL9016 olub, tələbə uyğun olaraq digər bütün RAL koduna uyğun rənglərdə də təmin oluna bilər.