Makaralı slot diffuzor
Havalandırma kanallarından ofis, iclas otağı, mağaza kimi tavan yüksəkliyi 2.6-4 metr arası məkanlara isti və ya soyuq şərtləndirilmiş havanın dağıdılması və ya bu məkanlardan kirli havanın toplanması üçün istifadə olunur. Tavan və ya divara montaj üçün uyğundur. 1,2,3 və ya 4 yuvalı olaraq istehsal edilir. Məhsulun gövdəsi alüminium profildən, qanadlar isə plastikdən emal edilir. Elektrostatik toz boyalıdır. Standart rənglər RAL9010 və RAL9016 olub, tələbə uyğun olaraq digər bütün RAL koduna uyğun rənglərdə də təmin oluna bilər.
