Turbulent diffuzor

Sabit qanadlı turbulent diffuzorları qanad quruluşuna görə soyutma sistemlərində istifadə olunur. Tavan hündürlüyü 2.6-4 metr olan yerlər üçün uyğundur. Həmçinin hava debisinin 100%-dən 25%-ə qədər azaldığı vəziyyətlər üçün idealdır. Nizamlana bilən qanadlı turbulent diffuzorlar isə, fabriklər, hava limanları, teatrlar, banklar, konferans salonları və tavan hündürlüyü yüksək olan digər məkanlarda şərtləndirilmiş havanın aşağı nöqtələrə çatdırılması üçün istifadə olunur. Havaya burğu hərəkəti verərək məkanın homogen olaraq isidilməsini və soyudulmasını təmin edir. Qanadların hərəkəti əllə və ya servomotorla həyata keçirilir. İşləmə temperaturu diapozounu -10°C ilə + 15°C arasında olub, sabit və yaxud 100%-dən 40%ə qədər dəyişən hava debiləri üçün uyğundur. Məhsulun gövdəsi 1 mm qalınlıqlı DKP lövhədən, qanadlar isə sinklənmiş və ya DKP lövhədən emal edilir. Elektrostatik toz boyalıdır. Standart rənglər RAL9010 və RAL9016 olub, tələbdən asılı olaraq digər bütün RAL kodlu rənglərdə də təmin edilir.

Добавить комментарий

Оставить комментарий

reload, if the code cannot be seen