Dairevi Kəsikli hava damperi

Dairəvi hava kanallarında hava miqdarının nizamlanması məqsədilə istifadə olunur. Əllə idarə olunan (manual) və motorlu versiyaları mövcuddur. Əllə idarə olunan manual hava damperləri əl ilə istənilən hava miqdarına görə nizamlanıb, qol üzərindəki kilidləmə mexanizması sayəsində nizamlandığı vəziyyətə sabitlənir. Motorlu versiyaları istəyə bağlı olaraq 24V və 230V servomotorla təmin oluna bilər. Gövdə, klapan və klapan qolu sinklənmiş metaldan hazırlanır.