Tekstil hava kanalları

Kumaş və ya tekstil hava kanalları, havalandırma və HVAC sistemlərində geniş istifadə olunan müasir bir həll yoludur. Bu tip kanalların əsas üstünlükləri aşağıdakı kimi ümumiləşdirilə bilər:

  • Material: Adətən polyester kimi davamlı, elastik və yüngül materiallardan hazırlanır. Bu materiallar kanalın yüngül olmasını təmin edir və quraşdırılmasını asanlaşdırır.
  • Elastiklik: Metal kanallarla müqayisədə daha elastikdirlər və müxtəlif formalarda əyilə bilərlər. Bu xüsusiyyətlər, çətin quraşdırma yerlərində böyük üstünlük təmin edir.
  • Yüngüllük: Kumaş hava kanalları, metal olanlarla müqayisədə daha yüngüldür və həm daşınma, həm də quraşdırılma zamanı xərcləri və iş yükünü azaldır.
  • İzolyasiya: Əlavə izolyasiya qatları ilə istilik və səs izolyasiyası təmin edilə bilər. Bu, enerji səmərəliliyini artırır və səsin yayılmasını önləyir.
  • Təmizlik: Kumaş kanalları gigiyena baxımından üstünlükdür, çünki iç səthləri asanlıqla təmizlənə və lazım olduqda dəyişdirilə bilər.
Tekstil hava kanalları əsasən gigiyenik şərait tələb olunan məkanlarda, xəstəxanalarda, laboratoriyalarda, qida hazırlama müəssisələrində, bitki yetişdirmə mərkəzlərində-istixanalarda, restoranlarda və fərqli sənaye sahələrində istifadə olunur. Bu kanalların quraşdırılması və sökülməsi asan olduğu üçün eyni zamanda daşına bilən mobil məkanlarda da istifadəyə uyğundur.