Divar tipli rekuperatorlar

Divar tipli rekuperatorlar havalandırma sistemlərinin qurulması üçün yetərli imkanları olmayan alçaq tavanlı məkanlar üçün dizayn olunmuş bir qurğudur. Bu cihazların işləmə prinsipi içərisindəki 2 yönlü çalışa bilən fanın önündəki seramik serpantini isidib, soyutmasına əsaslanır. Cihaz 70 saniyəlik periodlarda hava üflməsi və sorması edən bir döngüdə çalışır. Məkandan hava xaricə atılarkən seramik serpantin isinir, hava axış yönü tərsinə dönüb, xaricdən içəriyə təzə hava alınarkən serpantində depolanmış bu istilik sayəsində içəriyə şərtləndirilmiş bir şəkildə üflənir. Güc sərfiyyatı çox aşağı olduğu üçün enerji qənaətcildir. Birdən çox cihazı wifi vasitəsilə bir birilə əlaqələndirmək mümkündür.