Tavan tipli rekuperatorlar
Tavan tipi rekuperator cihazları enerjiyə qənaət etməklə yanaşı, məkanlarda yüksək hava keyfiyyəti əldə etmək üçün dizayn olunmuşdur. Bu havalandırma cihazları ilə təzə hava və eqzos havası arasında plitəli istilik esenjoru vasitəsilə istiliyin ötürülməsi təmin olunaraq, havalandırma zamanı itirilən istilik enerjisi geri qazanılır. Məhsuldarlığı və istilik ötürücülüyü yüksək alüminim plitəli esenjorlar ilə isti və soyuq hava cərəyanları arasında effektiv bir istilik mübadiləsi təmin olunur. İş mərkəzləri, banklar, ofislər, hotellər, kinoteatrlar, sərgi salonları, konfrans zalları, xəstəxanalar, restoranlar və havası bu tip yüksək sıxlıqda eqsoz edilməsi lazım olan məkanlarda enerjiyə qənaət üstünlüyü ilə yanaşı, təzə hava ehtiyacını da təmin edən cihazlardır. Cihazlar asma tavan arasında asanlıqla montaj oluna biləcək şəkildə dizayn olunmuşdur.