Qapı transfer mənfəzi
Məkanlar arasında təzyiq fərqi nəticəsində əmələ gələn təbii hava sirkulyasiyasını təmin etmək üçün istifadə olunur. 30 mm ilə 69 mm arası qalınlıqda divar və qapılara montaj oluna bilər. Elektrostatik toz boyalı alüminium profildən emal edilir. Standart rənglər RAL 9010 və RAL9016 olub, tələbdən asılı olaraq digər bütün RAL kodundakı rənglərdə də təmin edilməkdədir.