Yanğın damperi

Bina havalandırma sistemlərində, hava kanalları ilə yanğın və dumanın digər məkanlara yayılmasını önləmək məqsədilə istifadə olunur. Damperdəki qoruyucu mexanizm 72°C-yə çatdıqda, geriyə dönüş yayı ilə damperin içindəki qanadı hərəkətə gətirir, onun bağlanmasına imkan verir və yanğının digər məkanlara yayılmasının qarşısını alır. Həmçinin servomotor avtomatika sistemi ilə idarə oluna bilər. Tüstü damperlərində isə 24 Volt və ya 220 Volt idarə olunan servomotor avtomatlaşdırma sisteminə gələn siqnalla damper açılır və tüstü xaric edilir. Məhsulun gövdəsi və qanadı 1.5 mm sinklənmiş lövhədən, damper qolu isə 5 mm sinklənmiş DKP sacdan emal edilir. Bundan əlavə, qanad divarları arasında sıxlığı 70 kq/m3, qalınlığı 20 mm olan odadavamlı daş yunundan istifadə olunur.